Cəmiyyət

Ölüm xəbəri yayılan Arzu Rzayev: “Ayıb olsun”

Sharing is caring!


Müğənni Arzu Rzayevin vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçinin ailəsi ilə əlaqə yaradıb.

Telefonun dəstəyini isə A.Rzayevin özü götürüb. Müğənni ölüm xəbərinin yayılması ilə bağlı bunları söyləyib:

“Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayılıblar. Səhərdən mənim bu nömrəmə nə qədər insan zəng edib. Ölkə xaricindən – İsraildən və Türkiyədən dostlarım şok vəziyyətində mənə zəng edirlər. Bu xoşagəlməz xəbərləri yayanlara bir tək sözüm var: “Sizə ayıb olsun”. Mən sağam… Amma bilmək olmaz bir saniyədən sonra nə olacaq. İnsanı diri-diri necə öldürmək olar? Allah hamının köməyi olsun”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir