Cəmiyyət

Biləsuvarda qəza: Xəsarət alanlar var

Sharing is caring!


Biləsuvarda yol-nəqliyyat hadisəsi olub, biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.

Minik avtomobilinin “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Mirsəid Cəfərov və sərnişini, 2017-ci il təvəllüdlü Yusif Mustafayevdir. Onlar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir