Cəmiyyət

Bakıda güclü külək nəticəsində üç nəfər xəsarət alıb

Sharing is caring!


Bakıda əsən güclü külək üç nəfərin xəsarət almasına səbəb olub.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-ya açıqlamasında bildirib ki, həmin şəxslər mərkəzə yerləşdiriliblər.

“Külək onlardan birinin başına yük maşınının arxa qapısını çırpıb, nəticədə alın nahiyəsinin çapılmış zədəsi, bir nəfərin başına ağac, digər şəxsin üzərinə isə dəmir parçası düşməsi nəticəsində başın küt travması qeydə alınıb.

Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub”, – deyə məlumatda qeyd edilib.

TƏBİB-dən bildirib ki, hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir