Cəmiyyət

Gəncədə sexdə yanğın olub, üç nəqliyyat vasitəsi yanıb

Sharing is caring!


Gəncə şəhərində boya sexində yanğın olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində yerləşən boya sexlərinin birində anidən yanğın baş verib.

Hadisə zamanı sexin içərisində olan bir yük maşını və iki minik avtomobili, həmçinin sexdə olan avadanlıqlar, əşyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin beş yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumatla görə, sexin 500 kvadratmetr sahəsi yanıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar ərazidə və ətraf küçələrin elektrik enerjisinin verilməsi dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir