Cəmiyyət

Biləsuvarda növbəti Hindtoyuğu Festivalı keçirilir – FOTO

Sharing is caring!


Biləsuvar rayonunda növbəti Hindtoyuğu Festivalı keçirilir.

“Report”un yerli bürosunun məlumatına görə, tədbir Biləsuvar şəhərindəki Mərkəzi Parkda rayonun icra hakimiyyətinin təşkilatçılığı ilə artıq üçüncü ildir keçirilir.

Festivalda cənub bölgəsinin folkloru ilə tanışlıq və həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendlərinin təqdimatı, yeməklərin dequstasiyası, əyləncəli-musiqili proqram, məşhur aşpazların ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcək.

Hindtoyuğu Festivalının möhtəşəm şənliyində, həmişə olduğu kimi, bu il də yerli və xarici qonaqlar iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir