Cəmiyyət

Gəncədə itkin düşən ana və qızı TAPILDILAR

Sharing is caring!


Gəncədə itkin düşən ana və qızı tapılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib.

N.İmanova izahatında yaşadıqları evi özlərinin könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib.

Qeyd edək ki, Tahir Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Nargül İmanova və övladı, 2009-cu il təvəllüdlü Günay Həsənovanın noyabrın 6-da birgə yaşadıqları evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmadıqlarını deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir