Cəmiyyət

Elşad Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında rezidentlər üçün infrastruktur qurulur”

Sharing is caring!


“İşğaldan azad edilmiş ərazilərdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda rezidentlər üçün infrastrukturun qurulmasına başlanılıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rezidentlər fəaliyyətə başlayana kimi onlar dövlət vəsaiti hesabına tam olaraq infrastrukturla (qaz, işıq, su, kanalizasiya, internet, dəmiryol xətti, daxili avtomobil yolları və s.) ilə təmin ediləcəklər:

“Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərindən bir çoxu tərəfindən müəssisələrin inşası işləri sürətlə davam etdirilir. 2024-cü ildə Ağdam Sənaye Parkında divar kağızlarının, müxtəlif növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, prefabrik dəmir-beton məmulatlarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məlumatların istehsalını həyata keçirən müəssisələrdə işlərin yekunlaşması nəzərdə tutulur”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir