Cəmiyyət

Lənkərandakı ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Sharing is caring!


Noyabrın 15-də Lənkəran-Boradigah-Masallı yolunda, Girdəni kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bu barədə TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onlardan bir nəfər – 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova çoxsaylı qabırğa sınıqları ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Yüngül xəsarət alan digər 6 nəfərə isə xəstəxananın təcili tibbi yardım şöbəsində ilk tibbi yardım olunub. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, “QAZel” markalı yük maşını VAZ-21011 markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində Bərdə rayon sakini – 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-ci il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984-cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir