Cəmiyyət

Odessa Azərbaycan Evində vətəndaşlarımıza konsulluq xidməti göstərilib – FOTO

Sharing is caring!


Ukraynanın Odessa şəhərində yerləşən Azərbaycan Evində vətəndaşlarımıza səyyar konsulluq xidməti göstərilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin və Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının birgə təşkilatçılığı ilə səyyar konsulluq xidməti 11 noyabr 2023-cü il tarixində baş tutub.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq şöbəsinin bir qrup əməkdaşının saat 09:30-dan 13:30-dək keçirdiyi qəbul zamanı soydaşlarımıza ehtiyacları olan sənədlərin verilməsi və digər sahələrlə bağlı konsulluq xidməti təmin edilib, sənədləşməyə dair suallar cavablandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir