Cəmiyyət

Sumqayıtda dayanacaqdan kişi meyiti tapılıb

Sharing is caring!


Sumqayıt şəhər Koroğlu prospekti 40-cı məhəllə ərazisində avtobus dayanacağında kişi meyiti tapılıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Məlum olub ki, ölən şəxs 40 yaşlı Pərviz Əzizxan oğlu Mirzəyevdir. Onun ürəktutmasından öldüyü qeyd olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir