Cəmiyyət

Sərxan Sərxan: “Moskvada soyadımla bağlı problem yaşayırdım” – VİDEO

Sharing is caring!


“Bakıdan Moskvaya gedəndə Qurbanbəyov kimi getdim. Moskvada oldum Sərxan Sərxan. Amma sənədlərdə Qurbanbəy Rəşid oğlu qalmışdım”. 

Bizim.media xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan (Sərxan Rəşid oğlu Qurbanbəyov) qonaq olduğu verilişlərin birində deyib. 

71 yaşlı sənətkar uzun illər əvvəl Moskvada Qurbanbəyov soyadı ilə yaşadığı çətinlikdən söz açıb: 

“Moskvada ilk dəfə səhnəyə çıxanda aparıcılar çaş-baş qaldılar. Onlara Qurbanbəyov soyadını dilə gətirmək çox çətin idi. Çaşırdılar… Bir neçə dəfə məndən adımı soruşurdular. Dedim ki, sadəcə Sərxan deyin. Onlar isə cavabında adı soyadsız demək olmaz söyləyirdilər. Mən də dedim ki, o zaman iki dəfə Sərxan deyin. Yəni Sərxan Sərxan. Dedim ki, babamın da adı Sərxandır. Deyin Sərxan Sərxan… Elə o vaxtdan bəri adım da, soyadım da Sərxan getdi, oldum Sərxan Sərxan. Amma atam məndən küsüb söyləyirdi ki, gül kimi soyadımız var, niyə axı o soyadı tanıtdırmırsan (gülür)”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir