Cəmiyyət

Ağsu dolaylarında “Mercedes-Benz” aşıb: Ata və oğlu öldülər

Sharing is caring!


Ağsu dolaylarında ölümlə nəticələnən qəza baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, noyabrın 6-sı saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Əmir Ağaxan oğlu Xangəldiyev və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir