Cəmiyyət

Şəkidə iki avtomobil toqquşub: Xəsarət alan var

Sharing is caring!


Şəkidə iki minik avtomobili toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri ərazisində baş verib.

1986-cı il təvəllüdlü Şəki sakini Həsən Şakir oğlu Əlifovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə Yunus Məhəmməd oğlu Nadirzadənin idarə etdiyi “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü H.Əlifov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir