Cəmiyyət

Nizami rayonunda 33 yaşlı qadını avtomobil vurdu

Sharing is caring!


Bakının Nizami rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Qara Qarayev metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Aytən İbadət qızı Kərimova yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir