Cəmiyyət

Yol polisi yeni avtomobillərə keçdi – FOTO

Sharing is caring!


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə yeni avtomobillər təqdim edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, DYP əməkdaşlarının bir hissəsi “Volvo S90” və “Volvo S60” modelli xidmət avtomobilləri ilə təmin edilib.

Qeyd edək ki, polislərdə əsas xidmət avtomobillərini BMW, “Mercedes” “Hyundai” və KIA təşkil edir.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Volvo S90” və “Volvo S60” modeli olan xidmət avtomobilləri istifadəyə verilib:

“DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir