Cəmiyyət

STM sədri: “Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər”

Sharing is caring!


“Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər”.

“Report”un xəbərinə görə, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın təqdimatında danışıb.

Onun sözlərinə görə, dövlətin ordusu qədər, sülh siyasəti də güclüdür:

“Ona görə də barış kursunu sülh ritorikası müşayiət etməli, tarixi yaddaşı qorumaqla bərabər, sülh mesajlarına, keçmişin Zəfərimizin işığında yeni şərhinə ehtiyacı var. Postmünaqişə dövrü Qələbəmizin erməni xalqı deyil, faşizm, təcavüzkarlıq, işğal və separatizm üzərində qazanıldığını bəyan etməklə regionda sülh savaşını da qazana bilərik. Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər”.

“Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, intellektualları, ədibləri, sənət adamları, din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoqu genişləndirmək gərəkdir. Belə platformalarda fəaliyyət göstərən və ortaq müzakirələr aparan ekspertlərin sıralarının genişlənməsi nifrət leksikonunu barış nitqləri ilə əvəz etməyə imkan verər. Hökumət və sivil qurumlar da belə debat və dialoq meydanına şərait yaradarsa, hamının faydasına olar”, – deyə STM sədri qeyd edib.

Z.Oruc vurğulayıb ki, Prezident İlham Əliyevin ən böyük qələbəsi Cənubi Qafqazda axan əbədi qanı durdurması, bölgəmizə dincliyi, əmin-amanlığı, mübadiləni, açılımı, bütövlüyü gətirməsi, bir sözlə nifrətə son qoymasıdır:

“Prezidentin missiyası müqəddəsdir!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir