Cəmiyyət

Bəşir Hacıyev: “Tezliklə Hadrut və Tuğ kəndində torpaq və söküntü işlərinə başlanılacaq”

Sharing is caring!


“Tezliklə Xocavənd rayonunda yerləşən Hadrut və Tuğ kəndlərində torpaq və söküntü işlərinə başlanılacaq”.

“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu” panelində çıxışı zamanı deyib.

B.Hacıyev bildirib ki, növbəti mərhələdə yol-kommunikasiya işləri görüləcək, daha sonra isə evlərin və qeyri-yaşayış binaların tikintisi işləri aparılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir