Cəmiyyət

Qubada təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb – VİDEO

Sharing is caring!


Qubanın Fətəlixan küçəsində təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb.

“Xezerxeber.az”ın məlumatına görə, 3-4 ay əvvəl bu yol qazılsa da, indiyədək təmir olunmayıb.

Mövcud vəziyyət sürücülərə çətinlik yaradır. Sürücülərin sözlərinə görə, yolun bu vəziyyətdə olması nəqliyyat vasitələrinin detallarını tez-tez sıradan çıxarır.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaxın günlərdə sözügedən küçə asfaltlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir