Cəmiyyət

Bərdədə uşağın barmağında dəmir halqanın sıxışması FHN-in müdaxiləsinə səbəb oldu – VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bərdə rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir