Cəmiyyət

Nazirlik dərsliklərdəki səhvlərlə bağlı məsələyə münasibət bildirib

Sharing is caring!


Elm və Təhsil Nazirliyi dərsliklərdəki səhvlərlə bağlı məsələyə münasibət bildirib.

APA xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, dərsliklərdə texniki səhvlər həmişə olur:

“Bu il dərsliklər 7 milyon 700 min nüsxədən çox nəşr olunub və bu cür səhvlər ola bilir. İndi hər hansı səhv texniki çapdan sonra aşkarlandıqda onu elektron versiyasında yeniləyirik. Məzmundakı səhvlər tarixlə bağlı ola bilər, dil fənlərində müqayisə ola bilər ki, sözlər necə yazılmalıdır. Bu cür şeylər elmlə bağlıdır. Elm dayanmış, daşa dönmüş bir şey deyil, özünü təkzib edə-edə inkişaf edir. Bəzən çıxış yolu odur ki, təzadlı məsələlər dərsliklərə gətirilməsin. Amma dil elə şeydir ki, söz bir mənbədə ayrı, bir mənbədə bitişik yazılır. Təzadlı məsələlər dərsliklərdə qeyd edilməlidir. İnsanlarda tənqidi təfəkkür belə formalaşır.

Qiymətləndirmə məsələsinə gəldikdə, son zamanlar məktəblərə göndərdiyimiz qiymətləndirmə təlimatında qeyd edilib ki, qapalı test tapşırıqları yeganə qiymətləndirmə vasitəsi deyil. Fizikada qapalı testlə 60-70 faizlə şagirdin biliyini ölçmək olar, amma yenə də 20-30 faiz açıq test tipli sual lazımdır. Ancaq dillə bağlı 90 faiz bu cür sual olmalıdır ki, uşağın şifahi təqdimatı qiymətləndirilsin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir