Cəmiyyət

Gəncədə piyadanı vuran avtomobil hadisə yerindən qaçdı

Sharing is caring!


Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü Sənhan Hüseynovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, piyadanı vuran avtomobil qəzadan sonra hadisə yerindən qaçıb. Hazırda avtomobilin tapılması istiqamətində axtarışlara başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir