Cəmiyyət

Naxçıvanda magistral su xəttində qəza baş verib – FOTO

Sharing is caring!


Naxçıvan şəhərinin 3-cü mikrorayonu ərazisində, Babək küçəsində magistral su xəttində qəza baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.

Qəzaya görə 3-cü mikrorayon ərazisinə suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.

Axşam saatlarında suyun verilişinin bərpa ediləcəyi gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir