Cəmiyyət

Güclü külək Sumqayıtda bir sırsa fəsadlar törədib

Sharing is caring!


Güclü külək Sumqayıtda bir sırsa fəsadlar törədib.

“Report” xəbər verir ki, şəhərin Nizami küçəsində irigövdəli qovaq ağacı yola aşıb, nəticədə avtomobillərin hərəkətində maneələr yaranıb.

Şəhərin 20-ci məhəllə adlanan ərazisində isə şam ağacı işıq dirəyinin üzərinə aşıb, nəticədə mənzillərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək Çerkassi küçəsində də fəsad törədib. Belə ki, iri ağac gövdəsindən qopub. Lermontov küçəsində isə söyüd ağacı avtomobilin üzərinə aşıb.

Hadisələrin baş verdiyi ərazilərə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları cəlb ediliblər, ağaclar doğranaraq ərazidən daşınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir