Cəmiyyət

Serebral iflicdən əziyyət çəkən Muradın anası: “Övladımın müalicəsi üçün 150 manata ehtiyacımız var” – FOTO

Sharing is caring!


16 yaşlı Muradın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Kəmalə Bayiyeva məlumat verib.

O bildirib ki, övladı doğulan gündən serebral iflicdən əziyyət çəkir.

“Mən orta məktəblərin birində xadimə kimi çalışıram. Murada evdə nənəsi baxır. Bir neçə ay əvvəl evdə yıxılaraq ayağını qırıb. Hazırda ayağında mil var. Hər ötən gün görməsi də zəifləyir. Gözünə görə həkim müalicə yazsa da, inanın ki artıq çatdıra bilmirik”.

Kəmalə Bayiyeva bildirib ki, Muradın müalicəsi üçün 150 manata ehtiyacları var.

“Mənim Muraddan başqa iki qızım da var. Yeddi il əvvəl yoldaşımla ayrılmışıq. Həmin gündən bəri bir dəfə də olsun övladlarını axtarıb dəstək olmayıb. Mənim aldığım xadimə maaşı və Muradın pensiyası ilə güclə dolanırıq. Bu günə qədər əlimdən gələn qədər bütün müalicələrini etmişəm, amma artıq tamamilə tükənmişəm. Nə satmağa qızılım, nə də başqa dəyərli əşyam qalıb. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm” .

Ailə ilə əlaqə: (051) 685-53-14.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir