Cəmiyyət

Biləsuvarda iki maşın toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!


Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı VAZ-2106 və “LADA Priora” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir