Cəmiyyət

“TEKNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihə hazırlanır – FOTO

Sharing is caring!


“Azərbaycanın elm və texnologiyalar sahəsində istedadlı gəncləri çoxdur”.

Bunu “Report”un Ankara bürosuna “TEKNOFEST” festivalında “Furqanoğlu Dəmir Yumruq” stendinin Türkiyə təmsilçisi Melih Erdem deyib.

Onun sözlərinə görə, Azərbaycandan “TEKNOFEST”ə böyük maraq var:

“Bu il festivala bir milyondan çox iştirakçı qatılıb. Türkiyədən sonra ən çox iştirakçı isə Azərbaycandandır. Texnologiya sahəsi ilə bağlı azərbaycanlı gənclər arasında istedadlılar çoxdur. İştirak üçün Azərbaycanın müxtəlif bölgələrindən müraciət edirlər, şərtlərlə maraqlanırlar. Məsələn, keçən il gənclərdən biri süni intellekt vasitəsilə işarə dili proqramı quraşdırıb. Mən onu çox bəyəndim. Digər bir gənc meşə yanğınlarını söndürmək üçün dron hazırlayıb. Başqa biri isə dəniz suyundan hidrogeni ayırıb yanacaq əldə edib. Robot it quraşdıranlar da var. Azərbaycanda, həqiqətən, yüksəksəviyyəli proqramçı gənclər az deyil. Bu məni çox məmnun edir. Bu layihələrin təkrar tətbiqi üçün sərmayə qoyulsa, fikrimcə, daha böyük fayda əldə olunar”.

M.Erdem bildirib ki, iki il öncə Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri ilə əməkdaşlığa başlayıblar:

“TEKNOEST” haqqında müəllim və tələbələrə məlumat verdik. Məlumatlarımız maraq doğurdu və əməkdaşlığa başladıq”.

Ekspert onu da əlavə edib ki, hazırda “TEKNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihələr üzərində çalışırlar.

Xatırladaq ki, “TEKNOFEST” Azərbaycanda 2023-cü ilin aprel ayında keçirilib. 

PhotoStock.Az həmin tədbirdən maraqlı anları lentə alıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir