Cəmiyyət

Bakıda daha bir qanunsuz tikili: Səkini zəbt etdilər – FOTO

Sharing is caring!


Paytaxtın Xətai rayonunda yaşıllıq zolağında obyekt tikilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, rayonun Sabit Orucov küçəsində yaşıllıq zolağı və səki zəbt edilərək, obyekt tikilib.

Nəticədə plansız tikintilər həm piyadaları, həm də ağacları sıxışdırıb.

Məsələ barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq.

Qurumun Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Kamilla Mahmudbəyova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq orada tikinti işləri dayandırılıb:

“Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd edilən ünvanda özbaşına tikinti dayandırılıb və hazırda müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı obyekt müəyyən edilib və tikinti dayandırılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir