Cəmiyyət

“Nəsimi rayonunda zəbt olunan piyada səkiləri bərpa edilə bilməz” – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində piyada səkilərinin ayrı-ayrı şəxslər, ofis sahibləri tərəfindən zəbt olunması ilə bağlı heç bir tədbir görülməyəcək. 

Bir neçə gün əvvəl bununla bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə sorğuya aldığımız cavabdan belə nəticə hasil olur. 

Belə ki, rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə yaşanan çətinlik bərpa edilə bilməz:

“Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış obyektlərinin pilləkənləri və giriş qapıları küçənin səki hissəsinə çıxarılıb. Həmin obyektlər 30-40 il əvvəl fəaliyyət göstərib və hər birinin texniki pasportu, şəxsi mülkiyyətdə olması aşkarlanıb. Bunun üçün həmin giriş qapılarının bağlanması qeyri-mümkündür”.

Qeyd edək ki, Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində piyada səkiləri ayrı-ayrı şəxslər, ofis sahibləri tərəfindən tutulub. Nəticədə həmin səkilərlə təhlükəli şəkildə hərəkət etməyə məcbur qalan piyadalar böyük çətinliklərlə üzləşirlər.

Səkilər zəbt olunduğu üçün piyadalar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar ki, bu da həm onların həyatı, həm də sürücülər üçün təhlükə yaradır.

İlhamə Əbülfət 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir