Cəmiyyət

Qızmar istilərdə susuz qalan Məhəmmədli kəndinin sakinləri – VİDEO

Sharing is caring!


“Əziyyət çəkirik. Camaat gedib pul qazanır, mən isə burada su problemi ilə məşğul oluram”.

Bunu Abşeron rayonunun Məhəmmədli kəndinin susuzluqdan əziyyət çəkən sakini deyib.

Digər sakin isə bildirib ki, suları bir həftə gəlməyib, sonra isə suyun verilişi cüzi həcmdə olub.

“Azərsu” ASC-nin Bağlar Sukanal İdarəsinin rəis müavini Rəşadət Rəhimov problem barədə açıqlama verərkən vurğulayıb ki, magistral xətlə bağlı problem olub:

“Buna görə də su fasilələrlə verilirdi, gecikmə var idi. Problem iki gündür həllini tapıb. Yəqin bu gün tam qaydasına düşəcək, su veriləcək”.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir