Cəmiyyət

Şuşa həbsxanasında əsir saxlanılan şəxs: “Həbsxana rəisi bıçaqla gözümü çıxarıb yerə atdı”

Sharing is caring!


“Birinci Qarabağ müharibəsi zamanı bir il səkkiz ay əsirlik həyatı yaşamışam. Onun səkkiz ayı Xankəndidə olub. Ondan sonra Şuşa həbsxanasına gətirilmişəm. Biz Şuşa həbsxanasında olmazın işgəncələrlə rastlaşmışıq”.

APA xəbər verir ki, bunu Şuşa həbsxanasında erməni əsirliyində olan Cavid Hüseynov deyib. O qeyd edib ki, ermənilər dünyada görünməyən işgəncələri azərbaycanlı əsirlərə veriblər:

“1995-ci ilin mart ayının 21-də mənim gözümü çıxardılar. Gecə ilə bizi kamerada sıraya düzdülər. Hamımızı döydülər, mənim əllərimi bağladılar, dəyənəklə döyəndən sonra başımı dik qaldırdılar və soruşdular ki, Qarabağ bizimdir, yoxsa sizin? Dedim ki, bizimdir! Dəyənəklə gözümə vurdular. Səhəri gün gördülər, gözüm çirk eləyib, pis vəziyyətdəyəm, məni həbsxana rəisinin yanına apardılar. Rəis cibindən bıçağı çıxararaq gözümü yerindən çıxarıb atdı yerə. Mənə dedi ki, səndən soruşsalar, deyərsən ki, meşədə yıxılmısan, odun batıb. Bir dəfə isə yanvar ayında Şuşa İcra Hakimiyyətinin qarşısında hovuzu təmizləməyə aparmışdılar. Orada bizi döydülər. Əsir yoldaşım Həmid də mənimlə bir yerdə idi, ikimizi də bərk döydülər. Mənim başıma dəmir boru ilə vururdular. Don vurmuş boru başımda qırıldı. Məni qarın altına basdırdılar. Səkkiz saat qarın altında qaldım. Deyiblər ki, bu ölüb, atın getsin. Donum açılsın deyə üstümə isti su töküblər, amma hiss etməmişəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir