Cəmiyyət

Bu gün Ümumdünya Solaxaylar Günüdür

Sharing is caring!


Bu gün Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur.

Oxu.Az xəbər verir ki, 1992-ci ildə Britaniya Solaxaylar Klubu həmin günün qeyd olunması təşəbbüsü ilə çıxış edib.

Müasir cəmiyyət onları solaxay adlandırıb. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini iddia edirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.

Məşhurlar arasında olan solaxaylara Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Makedoniyalı İsgəndər, Janna d’Ark, Napoelon Bonapart, Uinston Çorçill, Albert Eynşteyn, Bryus Uillis, fizik Maksvell, Bill Klinton, Corc Buş (oğul), Bill Qeyts, Melin Monro, Pol Makartni, Robert de Niro, Tom Kruz, Nikol Kidman, Mark Tven, Bethoven, Sergey Raxmaninov və başqalarını misal göstərmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir