Cəmiyyət

Yaralıları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili qəzaya düşdü

Sharing is caring!


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub və üç nəfər xəsarət alıb.

Həmin şəxsləri xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərində Bayraq Meydanının qarşısında qəzaya düşüb.

Nəticədə yaralılar başqa təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir