Cəmiyyət

Müharibədən zərər çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib – FOTO

Sharing is caring!


Ukraynadakı müharibədən əziyyət çəkmiş  uşaqlardan ibarət yeni qrupu reabilitasiya üçün Azərbaycana gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Oxu.Az-ın məlumatına görə, 30 nəfər uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb ediləcəklər.

Agentliyin idarə heyətinin sədr müavini Faiq Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq:

“Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək”.

Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl də ukraynalı uşaq Azərbaycana gətirilmişdi.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir