Cəmiyyət

Ukraynadan Azərbaycan idxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Sharing is caring!


Ukraynadan Azərbaycan idxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, fiziki şəxs Mustafayev Pərviz Vilayət oğlunun Ukrayna Respublikasından idxal etdiyi “OL.KAR-AqroZooVet-Servis” şirkətinin istehsalı olan 1 500 ədəd 100 ml-lik qablaşdırmada “Dezi sprey” baytarlıq preparatlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində nümunələrdə “Ph” göstəricisi üzrə uyğunsuzluq aşkar olunub. Belə ki, nümunənin analiz sertifikatında “Ph” göstəricisi 3.5-6.0 qeyd edilsə də, müayinələrdə bu göstərici 2.43 olub.

Aşkar edilmiş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək baytarlıq preparatları (01.12.2022-ci il tarixli 122212 partiya nömrəli) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir