Cəmiyyət

Bakıda beş avtomobilin iştirakı ilə qəza baş verib – FOTO

Sharing is caring!


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə nəticəsində beş avtomobil və bir motosiklet toqquşub.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 

Zəncirvari qəza “Opel”, “Kia Rio”, “Nissan”, “Volkswagen”, “Toyota Prado” və motosikletin iştirakı ilə olub. 

Hadisə nəticəsində motosikletin və “Volkswagen” markalı minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir