Cəmiyyət

Hansı halda qalxanvari vəzin cərrahi əməliyyatı tövsiyə edilir? – AÇIQLAMA

Sharing is caring!


“Zəhərli zob” dediyimiz xəstəlik növü var. Ümumiyyətlə, qalxanvari vəzin problemlərində birinci dərman müalicəsi tətbiq edilir. Dərman müalicəsinə müsbət cavab alınmazsa, ikinci mərhələ kimi cərrahi əməliyyat icra edilir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində qurumun mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

O bildirib ki, bəzən ailələr əməliyyatın tam həll yolu olduğunu düşünürlər:

“Biz əməliyyatla sürətli inkişaf edən qalxanvarı vəzin böyük hissəsini kəsib götürürük. Lakin bu zaman da qalxanvari vəzin ləng fəaliyyəti yaranır. Buna görə də ömür boyu bu fəaliyyəti dərman preparatı ilə tənzimləyirik. Əməliyyat bir seçim yoludur, elmi cəhətdən təsdiqlənmiş prosesdir. Yerli-yersiz qalxanvari vəzin əməliyyatını tövsiyə etmirik. Amma ehtiyac varsa, bu icra edilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir