Cəmiyyət

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Sharing is caring!


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ 21015 markalı minik avtomobili qoşqulu “Kamaz”la toqquşub. Qəzadan sonra minik avtomobili yoldan çıxaraq aşıb. 

Nəticədə VAZ 21015 markalı avtomobildə olan bir ailənin beş üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir