Cəmiyyət

Gəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetiriblər

Sharing is caring!


Gəncədə 71 yaşlı qadın bazar ərazisində küçə itlərinin hücumuna məruz qalıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb.

Belə ki, bir neçə küçə itinin hücumuna məruz qalan Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Sədaqət Həsən qızı Xəlilova itlərin dişləməsi nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir