Cəmiyyət

Qubada evləri və yolları su BASDI – VİDEO

Sharing is caring!


Bu gecə Qubanın Qonaqkənd qəsəbəsini su basıb. 

Cimiçayın daşması nəticəsində Qonaqkənddə yolları və evləri su basıb. Quba 11 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin rəisi Hikmət Seyidov Bizim.media-ya məlumat verib ki, hazırda yol idarəsinin texnikası və canlı qüvvəsi su basan yolların təmizlənməsi və daşların yoldan yığılması işlərini aparır.

Quba Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov Qonaqkənd qəsəbəsində 2 evin həyətini suyun basdığını təsdiqləyib.

Hazırda fəsadların aradan qaldırılması işlərinə başlanılıb. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir