Cəmiyyət

“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin inşasına başlanıb

Sharing is caring!


“Qida və yem məhsullarının yeni idxal qaydaları hazırlanıb. Təsdiq olunduqdan sonra bu qaydaların tətbiqinə başlanacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində “Qida təhlükəsizliyi haqqında” Qanunla əlaqədar idxaldan əvvəl bildirişin, idxaldan sonra sənəd, eynilik və fiziki nəzarət tədbirləri nəticəsində idxal sağlamlıq aktının verilməsi funksiyası yaradılıb:

“Həmçinin yeni qanunla bağlı “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı” təsdiq olunub. Artıq qida təhlükəsizliyi nəzarətinə aid edilən malların siyahısı genişləndirilərək yeni siyahıya uyğun tənzimlənir. Bununla yanaşı, Qazax və Xaçmaz rayonlarında sərhəd keçid məntəqələrinə yaxın ərazidə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələrinin yaradılması davam edir. “Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin də inşasına başlanıb və tikintinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır”.

O qeyd edib ki, ölkəyə idxal olunan qida və yem məhsullarına nəzarətin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin məntəqələrdə həyata keçirilməsi planlaşdırılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir