Cəmiyyət

20 yaşlı Aytac Əliyeva üç aydır qan xərçəngindən əziyyət çəkir – FOTO

Sharing is caring!


20 yaşlı Aytac Əliyeva üç aydır qan xərçəngindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Nuriyə Məsiyeva məlumat verib.

“Bir müddət əvvəl qızımın sinəsində şiş peyda oldu. Xərçəngin heç bir əlaməti yox idi. Amma narahat olduğumuz üçün müayinə etdirdik. Milli Onkologiya Mərkəzində həkim şişdən şübhələndi, analiz verdik, analizlərdən sonra xərçəng olduğunu öyrəndik. Birdən səhv olar deyə başqa bir klinikaya da getdik. Oradakı MRT və biopsiya nəticəsində də qan xərçəngi diaqnozu qoyuldu.

Biz analizin cavablarını İngiltərədə tanış bir həkimə də göndərdik. O da bizə bildirdi ki, ağır xəstəlikdir, əvvəlcə dərman terapiyası olunmalıdır, əgər nəticə verməsə, ilik köçürməsi həyata keçirilməlidir. Həmin həkim dedi ki, bunun yaxşı müalicəsi bir Ankarada “Gülhane Eğitim ve Araştırma Hastanesi”ndə, bir də İsraildə aparılır. Bakıdakı həkimi də “Gülhane”ni məsləhət gördü, oradakı müəllimləri ilə bizi əlaqələndirdi. Əlimizdə 2-3 min manat var idi, onları da analizlərə xərclədik, mayın 15-i həkimlə birlikdə Türkiyəyə yollandıq. Həmin vaxt elə yardımsevərlər kömək əlini uzatdılar və 4 min manat pul toplandı, həmin məbləğ hesabına indiyədək qızımın kimyaterapiya xərclərini qarşıladıq. Ümumilikdə, 12 kimyaterapiya tətbiq olunmalıdır, ancaq o vəsaitlə sadəcə 4-nü etmək imkanımız oldu. Müalicənin qalan hissəsini qarşılamağa gücümüz yoxdur. Bu müalicəni tamamlamaq üçün təxminən 8 min dollara (13 600 AZN – red.) ehtiyacımız var. İmkanı olan şəxslərdən kömək olmalarını xahiş edirik”.

Qeyd edək ki, Aytacın müalicəsinin birinci mərhələsində müsbət nəticə əldə edilməsə, ilik köçürmə əməliyyatı olunmalıdır. Əməliyyatın məbləği isə 100 000 dollardır (170 000 AZN – red.). 

Kart hesabı: 4169 7385 5775 1298

Ailə ilə əlaqə: (070) 808-43-44

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir