Cəmiyyət

Gəncədə psixotrop maddə, odlu silah saxlayan, soyğunçuluq və oğurluq edən şəxslər tutulublar – FOTO/VİDEO

Sharing is caring!


Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə, odlu silah əldə edib saxlamaqda, habelə mağaza və evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İlqar Ələkbərov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman ümumilikdə 27 ədəd narkotik tərkibli güclü təsiredici həb aşkar edilərək götürülüb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Elçin Əliyev saxlanılıb. Şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən E.Əliyevin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan iki ədəd lüləsi və qundağı kəsilmiş müxtəlif markalı ov tüfəngi, həmçinin iki ədəd patron aşkar olunaraq götürülüb.

Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qadına qarşı zor tətbiq etməklə mobil telefonunu oğurlayaraq soyğunçuluq etməkdə şübhəli bilinən Vədat Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Baş İdarənin Cinayət Axtarışı İdarəsinin və 4-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evlərindən ümumi dəyəri 10 000 manatdan çox olan tikinti və məişət əşyalarını oğurlayan şəxslərin Emin Rzayev və Ruslan Məmmədov olmaları müəyyən olunub. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən Atəş Paşayev də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir