Cəmiyyət

Abşeronda restoranda yanğın olub

Sharing is caring!


Abşeron rayonunda restoranda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir