Cəmiyyət

Sürücüdən ağlasığmaz hərəkət: Həm özünü, həm başqalarını təhlükəyə atdı – ANBAAN VİDEO

Sharing is caring!


Avtomobili kapotu açıq vəziyyətdə idarə edən sürücü həm özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə törədib.

Oxu.Az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Bakı-Sumqayıt yolunun Xırdalan qəsəbəsindən keçən hissəsində “Hyundai” markalı avtomobilin sürücüsü onu ön kapotu açıq vəziyyətdə idarə edib.

Şəbəkə istifadəçiləri avtomobilin yüksək sürətlə idarə edildiyini və mühərrik hissəsində tüstülənmə olduğunu da vurğulayaraq, durumun qəzalı vəziyyət yaratmasından narahatlıq ifadə ediblər.

Videogörüntünü təqdim edirik:

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir