Cəmiyyət

Vüsal Nəsirli: “Şəhid ailələri, qazilərin mənzillərlə təmin edilməsi bizim prioritet mövzumuzdur” – FOTO

Sharing is caring!


“Şəhid ailələri, qazilərin mənzillərlə təmin edilməsi ölkə başçısının tapşırıqlarına uyğun olaraq bizim əsas, prioritet mövzumuzdur”.

Oxu Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib.

O bildirib ki, Bakı və bölgələrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olanlara və digər imtiyazlı şəxslərə daha 100 mənzil və fərdi evlər təqdim ediləcək:

“Ölkə başçısının qarşımıza qoyduğu tapşırıqları uğurla yerinə yetirməyə davam edəcəyik. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, həmçinin digər imtiyazlı şəxslərə (gözdən əlilliyi olan şəxslər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər və b.) 281 mindən çox sosial xidmətlər göstərilib”.

Nazir müavini onu da qeyd edib ki, post müharibə dövründə həmin şəxslərə 321, ümumilikdə isə 7 500 dən çox avtomobil təqdim edilib.

Sonda nazir müavini hər kəsin bayramını təbrik edib və püşkatma yolu ilə şəxslərə mənzillər təqdim edilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir