Cəmiyyət

Sumqayıtda şəhid ailəsinin üzvləri qəzaya düşüb – ADLAR – FOTO

Sharing is caring!


Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, 39-BB-240 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobl ilə 10-TM-685 BMV markalı minik avtomobili toqquşub.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar:

Quliyev Natiq Akif oğlu (1980);

Quliyeva Təranə Hüseyin qızı;

Quliyev Həsən Natiq oğlu.

Qeyd edək ki, xəsarət alanlar İkinci Qarabağ müharibəsi şəhidi Quliyev Namiqin ailə üzvləridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir