Cəmiyyət

Bakıda sürücülərin yeni trendinə DYP-dən reaksiya – YENİLƏNİB + ANBAAN VİDEO

Sharing is caring!


DYP şəhərin mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, nəqliyyat vasitəsini geriyə idarə edən sürücü ilə bağlı məsələyə münasibət bildirib. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, yeni trendə qoşulanlarla bağlı, eləcə də videogörüntüləri yayılan VAZ-21099 markalı avtomobilin sürücüsü ilə bağlı araşdırma aparılır, tədbir görüləcək.

09:32

Bakıda daha bir sürücü avtomobilini nəqliyyat vasitələrinin axını istiqamətində, amma geriyə idarə edib. 

Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətində, tunelin içinə doğru nəqliyyat vasitəsini geriyə sürüb.

Sürücünün bunu hansı səbəbdən etdiyi məlum deyil. 

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir