Cəmiyyət

Uşaq sığınacağına yerləşdirilən zorakılıq qurbanlarının sayı AÇIQLANDI

Sharing is caring!


2023-cü ilin ilk 3 ayı ərzində uşaq sığınacağına yerləşdirilən zorakılıq qurbanlarının sayı açıqlanıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, yanvar, fevral, mart aylarında mərkəzə 29 nəfər daxil olub:

“16 nəfər yalnız mart ayında gələnlərdir. 29 nəfərdən 4-ü qadın, digəri azyaşlılardır. Ən kiçik uşaq 2, ən böyük isə 17 yaşındadır. Ümumilikdə 25 nəfər uşaqdan 5-i oğlan, 20-si qızdır.

Sığınacağa yerləşdirilən qadınların ortalama yaşı 21-34 yaş aralığında dəyişir. Onlar arasında 21 yaşlı qadının 14 yaşında ilk dəfə doğum etdiyi müəyyən olunub. Hazırda isə 3-cü uşağına hamilədir, hamiliyi 6-cı ayındadır. Təəssüf ki onlar hər biri zorakılıq qurbanıdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir