Cəmiyyət

Bərdə və Tovuzda yanğın olub: Zəhərlənən var

Sharing is caring!

Bərdə və Tovuzda yanğın hadisəsi baş verib.

Bu bardədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 70 kvadratmetr olan talvarın yanar konstruksiyası 30 kvadratmetr sahədə və altına yığılan bir ton ot bağlamasının 600 kiloqramı yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Bərdə rayonu Hacallı kəndində həyətyanı sahədə 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir