Cəmiyyət

Emin Əmrullayev müəllimlərin seçki prosesinə cəlb olunmasından DANIŞDI

Sharing is caring!

“Təhsil işçiləri seçki müddətində qurumlarda işə qəbul olunurlarsa, bu, dövrü xarakter daşıyır”. 

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, həmin müddətdə onların əməkhaqları olduğu kimi saxlanılır:

“Onlar seçki dairələrində iştirak edirlər və burada heç bir qanun pozuntusu yoxdur. Bu say bəzi yerlərdə az, bəzi yerlərdə çox ola bilər. Əsasən kənd yerlərində ali təhsilli insanlar məktəbdə olduğundan onların seçki prosesinə dəstəyi müsbətdir”.

“Təhsil işçilərinin təşkilatçılıq qabiliyyəti olduğundan öz arzu və istəkləri ilə seçki prosesinə cəlbində maneə görmürəm. Onlar bu işə təyinatla göndərilmirlər. Əməkhaqları saxlanılmaqla müvafiq işi görməsini təmin edirik”, – deyə o əlavə edib. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir